2022-ci ilin ilk yarısında Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı və “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı müəssisələri açılacaq. Bu barədə 7 dekabr tarixində İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Şüşə tara məhsullarının istehsalı müəssisəsinin investisiya dəyəri 12 milyon, sulfat turşusu istehsalı müəssisəsinin investisiya dəyəri isə 6 milyon dollardır. Hazırda bu müəssisələrdə layihələndirmə işləri tamamlanıb, tikinti-quraşdırma işləri aparılır. Eyni zamanda istehsal prosesində istifadə ediləcək avadanlıqların idxalına başlanılıb.
Müəssisələrdə 200-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.