Beynəlxalq Güləş Federasiyasının qərarına əsasən, 2023-cü ildə güləş üzrə Avropa çempionatı Bakıda keçiriləcək. Bu barədə 9 dekabr tarixində azerisport.com portalı xəbər verib.
Məlumata əsasən, yarış 17-23 aprel tarixlərdə keçiriləcək. Qeyd edək ki, bundan öncə Avro-2002 və Avro-2010 yarışları da Azərbaycanda keçirilib. Azərbaycandan başqa Xorvatiya da çempionatı keçirtmək məqsədilə öz namizədliyini irəli sürmüşdür.