“Kontakt” mağazalar şəbəkəsinin elan etdiyi “Şeş-Qoşa” kampaniyasında üçüncü avtomobili Vətən müharibəsinin iştirakçısı qazanıb. Bu haqda iyunun 17-də APA məlumat yayıb.
Qarabağ qazisi 23 yaşlı Nəriman Salahov hazırda işsizdir və 3-cü qrup əlilliklə bağlı təqaüd alır. O, kampaniyada bəxtini sınayaraq son model Mazda 3 avtomobilini udub.
Sözügedən kampaniyada bu il artıq 3000-dən çox şəxs uduş əldə edib. Şərtlər barədə daha detallı məlumatı bu keçiddən almaq olar.