Bakıda 3 nəfərin ölümünə səbəb olan sürücünün cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə mayın 17-də APA məlumat yayıb.
Eynulla Əliyev barəsində toplanan cinayət işi materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə cari ilin martın 15-də paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb. İran vətəndaşı Hüseyn Pormehrəlinin idarə etdiyi yük avtomobili Eynulla Əliyevin idarə etdiyi mikroavtobusla toqquşub. Nəticədə mikroavtobusun 3 sərnişini hadisə yerində ölüb.