Bu gün, oktyabrın 18-də ölkənin üç rayonunda qaz olmayacaq. Bu barədə “Azəriqaz”dan məlumat verilib.
Belə ki, Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Tovuz rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qaz kəmərində aşkar olunmuş güclü qaz sızmasının ləğvi ilə əlaqədar saat 10:00-dan etibarən təmir işləri başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.