Birinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Edilli kəndində itkin düşmüş, 30 il sonra meyitinin qalıqları tapılmış Nağıyev Cahid Şəfa oğlunun nəşi ailəsinə təhvil verilib. Bu barədə 28 sentyabr tarixində Report məlumat verib.
Hazırda mərhumun nəşi vida mərasimi keçirilməsi üçün Bakının Nərimanov rayonundakı evinə aparılır.
Vida mərasimi başa çatdıqdan sonra C.Nağıyevin meyitinin qalıqları Füzuli rayonuna aparılacaq.
O, doğulduğu Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, C.Nağıyev 1993-cü il avqustun 8-də Füzuli rayonunda, “Murquzlu” dağının "Üçtəpə" yüksəkliyi ərazisində itkin düşüb.