Bakıda 30 min manatlıq avtomobil ehtiyat hissələrini oğurlayan şəxs saxlanılıb. Bu barədə Report mayın 19-da xəbər yayıb.
O, mayın 13-dən 15-dək olan müddətdə anbardan 30 min manat dəyərində avtomobil ehtiyat hissələrini oğurlayıb.
Hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini əvvəllər dəfələrlə məhkum olunub.
Faktla bağlı araşdırma davam edir.