Daşaltıda 31 il sonra meyitinin qalıqları tapılan şəhid dəfn olunub
Bu barədə 4 oktyabr tarixində Report məlumat verib.
Mərhumun cənazəsi yaylım atəşindən sonra İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
***
12:04
31 il sonra şəhid Veysəl Qasımovla vida mərasimi keçirilir
Birinci Qarabağ müharibəsində itkin düşən, 31 il sonra meyitinin qalıqları Şuşanın Daşaltı kəndində tapılan şəhid Veysəl Qasımovla vida mərasimi keçirilir. Bu barədə 4 oktyabr tarixində Report məlumat verib.
Xətai rayonunda mərhumun yaşadığı evdə baş tutan mərasimdə rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edirlər.
Qeyd edək ki, Veysəl Qasımov 1963-cü ildə Bakı şəhərində anadan olub. 29 saylı tam orta məktəbin məzunu olduqdan sonra könüllü ordu sıralarına yazılıb. 1992-ci ildə Şuşa döyüşlərinin iştirakçısı olub. Daşaltı əməliyyatında döyüşüb və itkin düşüb.
Xatırladaq ki, ötən ay Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin meyit qalıqları eyniləşdirilib.
[gallery link="file" size="full" ids="133581,133583,133578"]