Sabirabad rayonunda kişi bıçaqlanıb. Bu barədə 16 oktyabr tarixində Report.az-a istinadən xəbər veririk.
Hadisə Yolçubəyli kəndində baş verib. Kənd sakini 33 yaşlı Ənvər Əliyev qarın nahiyəsinin kəsilmiş-deşilmiş və daxilə nüfuz etmiş yaraları ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Daxili qanaxma səbəbindən kişi əməliyyata götürülüb. Onun Şamxal adlı həmkəndlisi tərəfindən bıçaqlandığı deyilir.
Faktla bağlı araşdırma aparılır.