Abşeron rayonunun Digah qəsəbəsində 2018-ci il təvəllüdlü oğlan uşağı yaşadığı evin 2-ci mərtəbəsindən yerə yıxılıb. Bu haqda iyunun 10-da Report məlumat yayıb.
Uşaq müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.