2022-ci il barama mövsümü üçün 40 rayondan olan kümçülərə ümumilikdə 11 130 qutu ipəkqurdu toxumu verilib. Bu barədə 12 may tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Məlumata əsasən, ipəkqurdu toxumunun inkubasiya prosesi Qax, Bərdə, Ağsu, Füzuli və Zaqatala rayonlarında yeni baramaqurutma müəssisələrində həyata keçirilib.
Bildirilib ki, cari ildən istehsal olunmuş yaş barama “Azəripək” MMC tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
Qeyd olunub ki, paylanan ipəkqurdu toxumu Çin Xalq Respublikasından gətirilib.
[gallery columns="2" link="file" size="large" ids="48046,48045"]