Aksiz markası olmayan 43 000 qutu müxtəlif adda tütün məmulatları aşkarlanıb.
Bu barədə 29 sentyabr tarixində Dövlət Gömrük Komitəsi məlumat verib.
Məlumata görə, əməliyyat Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş, üzərlərində müvafiq aksiz markası olmayan müxtəlif adda tütün məmulatlarının Bakıda realizə edilməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilib.
Faktla bağlı araşdırma aparılır.