2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1,2 milyard dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,9% çoxdur. Bu barədə məlumat 1 iyul tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatında əks olunub.
Hesabata əsasən, cari ilin may ayında qeyri-neft məhsullarının ixracı ötən ilin may ayı ilə müqayisədə 5,7% artaraq 222,4 milyon dollar təşkil edib. Bu ilin 5 ayı ərzində meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 219,2 milyon dollar təşkil edib.
Qeyd olunub ki, 2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 milyard dollar təşkil edib.