Dövlət sərhədini pozmağa cəhd göstərən 5-i azyaşlı olmaqla 6 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb. Bu barədə 31 may tarixində Dövlət Sərhəd Xidməti tərəfindən məlumat verilib.
Araşdırma zamanı məlum olub ki, onlar Gürcüstan ərazisinə dilənmək məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə çalışıblar.
Ötən müddətdə bu kateqoriyadan olan şəxslər barəsində cinayət işi başlanılmışdır. Azyaşlılar aidiyyəti üzrə icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaya və ya komissiyanın iştirakı ilə müvafiq aktla valideynlərinə təhvil verilmişlər.