50 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Bu barədə 19 may tarixində Dövlət Məşğulluq Agentliyi məlumat verib.
Məlumata əsasən, təşkil olunan kurslar “Proqramla idarə olunan dəzgahların operatoru” və “Turanimator” peşələri üzrədir.
Bildirilib ki, sözügedən kurslarda müdavimlərə həm nəzəri, həm də praktiki biliklər tədris ediləcək.
Qeyd olunub ki, proqramı müvəffəqiyyətlə bitirən şəxslər “Gilan Holdinq”, “Azərsun Holdinq”, Salyan Qida Məhsulları İstehsalat Kommersiya Şirkəti və “Qəbələnd” MMC-də işlə təmin olunacaqlar.