Sabahdan 7 saylı “ASAN xidmət” fəaliyyətə başlayır. Bu barədə 31 may tarixində Report məlumat verib.
Məlumata əsasən, “ASAN xidmət” Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 79 ünvanında yerləşir.
Qeyd olunub ki, yeni fəaliyyətə başlayacaq “ASAN xidmət” mərkəzi ümumilikdə ölkə üzrə 23-cü mərkəzdir.