COVID-19 pandemiyası səbəbindən Rusiyadan Azərbaycana qayıda bilməyən 728 vətəndaşın Vətənə keçidi təmin edilib. Bu barədə dekabrın 28-də Xarici İşlər Nazirliyindən məlumat verilib.
Keçid 22-27 dekabr tarixlərində “Yaraq Qazmalar-Samur” buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib. Cəmi 766 nəfər qeydiyyata alınıb və həmin şəxslərə zəruri konsulluq yardımı göstərilib.
“2021-ci ilin yanvarın 29-dan dekabrın 27-dək 35 sərhəd keçidi olmaqla 4217 həmvətənlimizin təxliyəsi təmin edilib”, - deyə nazirlikdən əlavə edilib.