Martın 7-də qaçırılan Laçın rayon sakini Tutu İbrahimovanın olduğu yer müəyyən olunub. Bu barədə 15 mart tarixində Apa məlumat verib.
Məlumata əsasən, hadisə Ağcabədi rayonunda baş verib. Sözügedən şəxs Polis Şöbəsinə gətirilib.
Qeyd edək ki, Ağcabədi rayon Taxta Körpü qəsəbəsində məskunlaşan İbrahimova Tutu İdris qızı 7 mart 2022-ci il tarixində öz şəxsi avtomobili ilə işlədiyi Ağcabədi “ASAN Xidmət” Mərkəzindən işdən çıxıb evə gedərkən qarşısını kəsən şəxs və ya şəxslər onu qaçırıb.
Qaçırılan şəxsin anası Sahibə İbrahimova bildirib ki, onların şübhələrinə görə, övladlarını yaxın qohumluq əlaqələri olan Qeys Cabbarov adlı şəxs qaçırıb.