Ağdam və Cəbrayılda məktəb tikintisinin layihələndirmə prosesi başlayıb. Bu haqda dekabrın 9-da təhsil naziri Emin Əmrullayev məlumat verib.
Prosesin 2022-ci ilin sonunadək bitməsi nəzərdə tutulub.
Nazirin sözlərinə əsasən, yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımlar atılacaq.
Həmçinin Şuşa şəhər 1 nömrəli məktəbin layihələndirməsi başa çatıb, artıq tikintisinə başlanılacaq.
“Ağdam və Şuşa məktəbləri arxitektur inşaat xüsusiyyətlərinə görə ən müasir təhsil müəssisələrindən olacaqlar”, - deyə E. Əmrullayev vurğulayıb.