2021-ci ilin əvvəlindən indiyədək Ağdam rayonunda 6,2 min tona yaxın pambıq təhvil verilib. Bu barədə 7 dekabr tarixində Azərtac məlumat verib.
Rayon icra hakimiyyətindən bildirilib ki, 2021-ci ildə 2236,9 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, sahələr suvarma suyu ilə təmin edilib.
Qeyd edək ki, 2020-ci ildə Ağdam rayonunda 2120 hektar sahədə pambıq əkilib, 7100 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 33,49 sentner təşkil edib.