Dekabrın 7-də Ağdam şəhərində ağacəkmə aksiyası baş tutub. Bu barədə Azərbaycan Beynəlxalq Bankı (ABB) məlumat paylaşıb.
Tədbirdə ABB-nin 150-dən çox əməkdaşı Ağdamın yaşıllıq zonası üçün nəzərdə tutulmuş ərazisində ağaclar əkib.
Aksiya Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də dəstəklənib.