Ağdam Sənaye Parkının meşə zolağında İqtisadiyyat Nazirliyi tərəfindən günəş enerjisi ilə qidalanan damcılama suvarma sistemi quraşdırılıb. Bu barədə 12 dekabr tarixində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Twitter səhifəsində məlumat verib.
Xüsusi nümyəndənin sözlərinə görə, innovativ sistemin quraşdırılması "Ağıllı şəhər" konsepsiyasının vacib elementlərindən biridir.
Həmçinin qeyd edək ki, park ərazisi yerli istehsal olan günəş panelləri ilə işıqlandırılır.
Ağdam Sənaye Parkı 2021-ci ilin may ayında yaradılıb. Hal-hazırda parkın infrastrukturunun qurulması işləri aparılır. Parkın fəaliyyəti üçün Ağdam şəhərinin yaxınlığında 190 hektarlıq ərazi ayrılıb. Parkın infrastrukturunun yaradılması məqsədilə dövlət büdcəsindən 500 min manat ayrılıb.
#İqtisadiyyatNazirliyi tərəfindən #AğdamSənayeParkı|nın meşə zolağında #günəşenerjisi ilə qidalanan damcılama suvarma sistemi quraşdırılıb. Bu innovativ sistemin quraşdırılması "Ağıllı şəhər" konsepsiyasının vacib elementlərindən biridir. pic.twitter.com/U2boXxm9Ng
— Emin Huseynov (@Emin_H_official) December 12, 2021