Bakının Xəzər rayonu, Buzovna qəsəbəsi, Cəfər Cabbarlı küçəsi təmir edilir. Bu barədə 20 oktyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Uzunluğu 1 100 metr, eni isə ortalama 6 metr təşkil edən sözügedən küçədə hazırda yeni yol əsası salınır. Ardınca yeni asfalt-beton örtüyü döşənəcək.
Bu il Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələrinin ərazisində ümumi uzunluğu 26,5 kilometr küçə və yolların təmiri aparılıb.
2021-ci ildə isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16,3 kilometr olan küçə və yollar təmir olunub.