Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Məhəmməd Musayev vəzifəsindən azad edilərək “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə rəhbər təyin olunub.
Bu barədə 25 sentyabr tarixində Report xəbər verib.
Camal Sadıxov isə “18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə rəhbər təyin edilib.