Abdulvahab Salamzadə küçəsində yolda təmirə görə sıxlıq yaranıb
Bakının Abdulvahab Salamzadə küçəsində, Ziya Bünyadov prospekti istiqamətində yolda təmir işləri ilə əlaqədar sıxlıq müşahidə olunur. Bu barədə iyunun 11-də Daxili İşlər Nazirliyi məlumat verib.