İyulun 8-də Azərbaycan Dövlət İqtisad Universitetində abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək. Bu haqda iyunun 29-da Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.
Forumda karyera planlaması və ixtisas qrupları üzrə mütəxəssislərin çıxışlarından ibarət panellərdə müzakirələr aparılacaq.
Forumda 9-11-ci sinif şagirdləri və onların valideynləri iştirak edə bilərlər.