ABŞ-nin Azərbaycana hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması müddəti növbəti dəfə uzadılıb. Bu barədə 24 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, ABŞ Prezidenti Cozef Bayden bu barədə müvafiq qərar imzalayıb.
Qeyd edək ki, Azərbaycana birbaşa hərbi yardımı qadağan edən 907-ci düzəliş ABŞ Konqresi tərəfindən 1992-ci ildə qəbul edilib. 2002-ci ildən isə bu düzəliş ABŞ Prezidenti tərəfindən hər il 1 il müddətinə dayandırılır.