Abşeron rayonunun Mehdiabad-Novxanı yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda mayın 31-də Report məlumat paylaşıb.
Avtomobil yolu keçən 33 yaşlı sakini vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.