Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Abşeron rayonunda sağlamlıq imkanları məhdud olan 5-18 yaşlı uşaqlar üçün yeni günərzi qayğı mərkəzi açılıb. Bu barədə 30 iyun tarixində Nazirlik məlumat verib.
Məlumata əsasən, qayğı mərkəzinin məqsədi qeyd olunan kateqoriyadan olan uşaqların psixo-sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir.
Mərkəzin göstərdiyi xidmətlərdən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, “DOST” mərkəzlərinə ərizə ilə müraciət edə bilərlər. Həmçinin Agentliyin 116123 “Qayğı” Çağrı Mərkəzinə zəng edərək göstərilən sosial xidmətlərlə bağlı məlumat almaq mümkündür.
[URIS id=56991]