Mayın 12-si saat 09:00-dan təmir işləri ilə əlaqədar Abşeron rayonu üzrə Novxanı kəndinin, Binəqədi rayonu üzrə Binəqədi kəndinin, Gülüstan yaşayış massivinin və Mədən ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.