Abşeronda avtomobil piyadanı vurub. Bu barədə 16 may tarixində APA məlumat verib.
Məlumata əsasən, mayın 15-də Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Şabran rayon sakini idarə etdiyi “BYD” markalı avtomobillə yolu keçən qəsəbə sakinini vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Mayın 15-də Sabirabad şəhəri ərazisində Saatlı şəhər sakini idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qadını vurub. Piyada xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktlarla bağlı apaşdırma aparılır.