Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən qayayadırmanma üzrə açıq festival keçiriləcək. Bu barədə Report 25 sentyabr tarixində xəbər verib.
7-8 oktyabr tarixlərində baş tutacaq yarış Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək.
Festival Abşeron yarımadasında yerləşən Korgöz massivində (Bakı qulaqları) təşkil olunacaq.
Turnir kişilər və qadınlar arasında 2 növ - boulderinq və çətinlik üzrə təşkil olunacaq.
İlk 3 yerin sahibləri müvafiq diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.
Festivalda iştirak etmək istəyənlər oktyabrın 2-dək Azərbaycan Alpinizm Federasiyasının “facebook” səhifəsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.