Abşeronda evlərdən oğurluqda təqsirləndirilərək tutulan şəxsin daha iki evdən oğurluq etdiyinin üstü açılıb. Bu barədə 6 may tarixində Apa məlumat verib.
Polis əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş şəxsin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha iki evdən 13400 manat dəyərində qızıl-zinət əşyaları, 640 manat pul, noutbuk və videokamera oğurlaması da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.