Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə 29 iyun tarixində APA məlumat verib.
Məlumata əsasən, iyunun 28-də saat 14 radələrində Abşeron rayonunun Məmmədli kəndi ərazisində Bakı şəhər sakininin idarə etdiyi “DAF” və Tovuz rayon sakininin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə Tovuz rayon sakini hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.