Abşeronun Xırdalan şəhərində 31 yaşlı qadını avtomobil vurub. Bu barədə mayın 26-da Report xəbər verib.
Piyada yolu keçərkən xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Həmçinin Qax rayonunun mərkəzində yolu keçən 21 yaşlı qızı avtomobil vurub. Xəsarət alan gənc xəstəxanaya çatdırılıb. O, açıq kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu ilə Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.
Faktlarla bağlı araşdırmalar davam edir.