Abşeronda 65 yaşlı qadın intihar edib. Bu barədə 16 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, 1957-ci il təvəllüdlü Xırdalan şəhər sakini yaşadığı mənzilin dəhlizində özünü asıb.
Araşdırmalar zamanı mərhumun uzun müddətdən bəri psixoloji probleminin olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.