Ötən gün Abşeron rayonunun Xırdalan şəhərində ata 1987-ci il təvəllüdlü oğlunu öldürüb. Bu haqda iyunun 20-də Baş Prokurorluq məlumat yayıb.
Ata və oğul arasında yaranmış münaqişə zamanı bıçaqlanma baş verib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanıb.