Abşeron rayonunda Masazır qəsəbəsinin Novxanı şosesində qadın sürücü və 3 azyaşlı övladı qəzada xəsarət alıblar. Bu haqda mayın 13-də APA məlumat yayıb.
“BMW” markalı maşın yol kənarında yerləşən duz gölünə aşıb.
Yaralılar 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.