Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu barədə Report iyunun 3-də xəbər yayıb.
Hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb. Avtomobil yolu keçən 1986-cı il təvəllüdlü qadını vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş beyinin əzilməsi diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.