Abşeronda “Opel” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub. Nəticədə 2 nəfər ölüb. Bu haqda iyunun 20-də Report-a DİN-dən xəbər verilib.
Hadisə iyunun 19-da saat 22 radələrində Abşeron rayonunun Müşfiq qəsəbəsində baş verib. Pirəkəşkül kənd sakini Babək Məmmədovun idarə etdiyi “Opel” və Şamaxı rayon sakini Q. Babayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini Samilə Məmmədova hadisə yerində ölüblər.
Qəza ilə bağlı araşdırma aparılır.