Abşeron rayonunda iyunun 29-da yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Hökməli qəsəbəsində qeydə alınıb. Ümumi sahəsi 56 m² olan ikimərtəbəli evin və bitişik köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi alovdan mühafizə olunub. Yanğının söndürüldüyü bildirilib.