Abşeronda küçədə meyit tapılıb. Bu barədə mayın 10-da APA məlumat yayıb.
47 yaşlı kişinin meyiti boğazı kəsilmiş vəziyyətdə Xırdalan şəhərində aşkar edilib. Meyit hadisə yerindən götürülərək aidiyyəti üzrə təhvil verilib. Onun qətlə yetirildiyi deyilir.
Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı araşdırma aparılır.