Abşeronda məcburi köçkün şəhərciyində iki nəfər bıçaqlanıb. Bu barədə 21 sentyabr tarixində APA xəbər verib.
Hadisə Masazır qəsəbəsində yerləşən Zəngilan məcburi köçkünlər şəhərciyində baş verib.
Fərid Allahverdi münaqişə zəminində 23 yaşlı Rzaqulu Allahquluyev və 21 yaşlı Zamin Əsgərzadəni bıçaqlayaraq xəsarətlər yetirib.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Araşdırma aparılır.