Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə 4 iyul tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, onun əlində olan çantaya baxış zamanı 1 kiloqram heroin, 3 kiloqram marixuana və 40 qram metamfetamin aşkar edilib.
Həmçinin Fatmayı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan digər bir şəxs saxlanılıb. Onun üzərindən isə 100 qram metamfetamin aşkar edilib. O, narkotik vasitələrin satışı və Abşeron rayonu ərazisində paylanılması zamanı motosikletdən istifadə edib.
Bildirilib ki, onlar xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq ölkə ərazisinə göndərilən narkotikləri Abşeron rayonu ərazisində satmaq məqsədi ilə qəbul ediblər.
Qeyd olunub ki, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.