Abşeron rayonunun Xırdalan şəhərində küçədə qadını bıçaqla hədələyən şəxs saxlanılıb. Bu barədə Report 7 oktyabr tarixində xəbər verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, artıq həmin şəxs ərazidə xidmət aparan Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq müvafiq polis orqanına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.