Abşeron rayonunda vətəndaşlara qarşı quldurluq edən iki nəfər saxlanılıb. Bu barədə iyunun 29-da Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
Vəli Kərimov və Kənan Əhmədov vətəndaşa kəsici alətlə xəsarət yetirərək pulunu və mobil telefonunu quldurluq yolu ilə əlindən alıblar.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Sözügedən şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki səhifələrinə məlumat verə bilərlər.