Abşeronun Digah qəsəbəsində avtomobil təmiri sexində yanğın olub. Bu barədə iyulun 4-də Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Sahəsi 256 m² olan sexin dam örtüyü və içərisində təmirə dayanan 2 ədəd “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.