Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki zavodda mayın 17-də yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Hazırda fəaliyyət göstərməyən ağac emalı zavodunun ərazisində ümumi sahəsi 672 kvadratmetr olan sexin dam örtüyü, içərisində olan mazut çəni və soba yanıb. Həmçinin 30 litr olan 4 ədəd propan qaz balonu sexin içərisindən təhlükəsiz əraziyə çıxarılıb.
Alov söndürülüb.