Bakıda və Abşeronda yerləşən çimərliklərdə monitorinqlər aparılır. Bu barədə 8 iyun tarixində Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımova istinadən Report məlumat verib.
Şöbə müdirinin sözlərinə görə, monitorinqlər zamanı nümunələr çimərliyin üç nöqtəsindən götürülür. Nəticələr barədə iyunun 10-15-də ictimaiyyətə məlumatlar veriləcək.