“Air Arabia” şirkəti İyunun 28-dən Abu Dabidən Bakıya hər həftənin cümə axşamı günləri reyslər həyata keçirəcək. Bu haqda mayın 24-də Report məlumat yayıb.
Təyyarə yerli vaxtla saat 14:30-da Abu-Dabidən qalxacaq və saat 17:30-da Bakıya enəcək. Əks istiqamətdə reys isə həmin gün saat 18:35-dən 21:35-ə qədər baş tutacaq.